Xalq artisti Aygün Kazımova yeni görünüşü ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, doğum günü məclisinə qatılan pop diva yaxın dostu, dünya şöhrətli dizayner və “Afffair” markasının təsisçisi Rüfət İsmayılın ərsəyə gətirdiyi “Sumakh-2022” kolleksiyasında yer alan geyimlə bər vurub.
Kazımova üzəri xalça printləri ilə bəzədilmiş kostyumda obyektiv qarşsına keçərək, cazibədar pozlar verib.
Aygün Kazımova çəkdirdiyi yeni görünüşdə fotolarını sosial şəbəkə hesabında paylaşıb. İzləyicilər Xalq artistinin ünvanına təriflər yağdırıblar.
Rəşad Əliyev, Bizim.Media