Ermənistanın “Viva-MTS” mobil operatoru Qarabağdakı ermənilər üçün xidməti dayandırıb.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd edilib ki, iyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər.
Qeyd edək ki, “Viva-MTS” Ermənistanın ən böyük mobil operatorudur.
Bizim.Media