İyulun 3-ü Hollivud ulduzu Tom Kruzun 60 yaşı tamam olur.
Bizim.Media “The Sun” istinadən xəbər verir ki, aktyor eyni anda iki doğum günü məclisi keçirəcək. Tədbir Böyük Britaniyada, sonra isə ABŞ-da baş tutacaq.
Nəşrin məlumatına görə, Kruz şəxsi təyyarədə birindən digərinə uçacaq.
Böyük Britaniyada istirahət etmək üçün aktyor “Soho Farmhouse” otelini seçib.
Üzgüçülük hovuzu, sauna, sakit göl, atlar. Bütün bunlar sonsuz hay-küydən bezmiş Hollivud ulduzu üçün əsl cənnətdir.
Kruz David və Viktoriya Bekham, Ceyma Korden, Saymon Pegg və Prins Uilliamı doğum günü məclisinə dəvət edib.
Aktyorun özəl partisində ikinci dəfə ayrıldığı keçmiş sevgilisi Heyli Etvelin də iştirakı gözlənilir.
Rəşad Əliyev, Bizim.Media