Sabah 50 qazi avtomobillə təmin olunacaq.
Bu barədə Bizim.Media-ya Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov özəl müsahibə verərkən qeyd edib.
"Sözügedən avtomobillər ictimai nəqliyyatdan istifadə edə bilməyən, gediş-gəlişi çətin olan müharibə əlillərinə veriləcək",- deyə bildirən Z.İbrahimov həmçinin yaxın günlərdə qazi və şəhid ailələri üçün nəzərdə tutulmuş rayonlardakı fərdi evlərin açılış mərasiminin də baş tutacağı haqda məlumat verib.
Qeyd edək ki, bu günə qədər 7400 avtomobil müharibə əlillərinə təqdim olunub.
Səkinə Yusibli, Bizim.Media