“İndi çox şeyi pul və “həci”lər həll edir” - Tanınmış müğənnidən QALMAQALLI AÇIQLAMA

Vaxt, zaman axarında hər şey dəyişir. Hətta milli dəyərlər də... Son 30-40 ildə milli-mənəvi dəyərlərimizdə baş verən təlatümlər və kataklizmlər bizdən çox dəyərlərimizi qoparıb. Onlardan biri də mədəniyyətimiz, incəsənətimizdir. Bu gün sənət öz yaradıcılıq, novatorluq və dünyəvilik missiyasından uzaqlaşıb. Mahiyyətcə incəsənət artıq kommersiyalaşıb, bir biznes strukturuna çevrilib.Dünyəvilik mahiyyətini itirən sənət bu gün sıxıcı gündəm daşıyıcısına çevrilib.

İndi nəfis, kamil ifaçı deyil, daha çox reklam olan “sənətkarlar” populyardır. Çox təəssüf ki, müasir gəncliyin də zövqünü gündəmdə olan bu cür ifaçılar formalaşdırır.

Məsələ ilə bağlı Bizim.Media tanınmış müğənni Əli Mirəliyevlə həmsöhbət olub. 

İndi sənət yox, şou biznes var

Tanınmış müğənni bildirib ki, ”Artıq sənət yoxdur. İndi şou-biznes var. Vaxtilə sənət adamları toya getmirdi. Amma indi daha çox toya gedəni “sənətkar” adlandırırlar. Ən pisi də odur ki, toy müğənniləri hər yerdə qabağa çəkilir. Fəxri adlar da onlara verilir. Özfəaliyyət sahəsində oxuyan adamlar bu gün ən yüksək titullara sahib çıxıblar. Ən bərk gedəni Alim Qasımovdur. Nə oxuyur? Dərvişlik edir? Azan  verir, rozaxanlıq edir. Muğamda belə şey yoxdur, olmayıb. Kim olub ki, Alim də bu gün onun yolunu tutub gedir. Qızı Fərqanə də həmçinin. Onlar muğam oxumurlar.
 

Muğamı söküb-dağıdırlar. Amma nə olsun, Alim özü xalq artistidir, qızı da əmkdar. Elnarə Abdullayeva da rozaxanlıq edir, muğam oxumur”.


Faiq Ağayev, Aygün Kazımova, Röya hansı xarici ölkədə Azərbaycan musiqisini təbliğ edib?

“Əgər gözəl səs əsas meyardırsa Akif İslamzadə, Hüseynağa Hadıyev, Qulu Əsgərov, Anotollu Qəniyev, Nərminə Məmmədova niyə fəxri ad almadı? Adlarını çəkdiyim sənətkarlar və mən də daxil olmaqla biz sənətə qulluq etmişik. Fəxri ad, toy üçün işləməmişik”-deyən sənətçi təəssüflə bildirdi ki, “Faiq Ağayev nə vaxtdan müğənni olub? 30 ildir ki, oxuyur, amma bir dənə mahnısı tarixdə qalmyıb. Ən yaxşı halda restoranlarda bərk gedib. Aygün Kazımova, Röya hansı xarici ölkədə Azərbaycan musiqisini təbliğ edib, sevdirib? Onların hansı mahnısı “Qızıl fond”a düşüb? Amma nə olsun bu gün onların hamısı xalq artistidir.
 

Ermənicə oxuyan Eyyub da fəxri ad alıb. İlqar Muradov Piri babanın nağılını danışa-danışa gəlib xalq artisti oldu”.


Əli Mirəliyev sonda onu da söylədi ki, “Sabah Damla, Şəfa, Şəbnəm Tovuzlu da xalq artisti adı alanda Vallah mən təəccüblənməyəcəm. Çünki, dəyərlər itib. İndi çox şeyi pul və “həci”lər həll edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Bu səlahiyyət icra başçılarından ALINIR

Bu səlahiyyət icra başçılarından ALINIR

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

"Analar bunu övladına hiss etdirməməlidir"

"Analar bunu övladına hiss etdirməməlidir"

Babək Şahbazi edam edildi - FOTO

Babək Şahbazi edam edildi - FOTO

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

“28 May”da avtobus qadını vurdu

“28 May”da avtobus qadını vurdu

End of content

No more pages to load

RADİO