ABŞ prezidenti Co Bayden Belarusun hazırkı hakimiyyətinə qarşı sanksiyaların müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağ Evin mətbuat xidməti yayıb.
"Belarus hökumətinin bəzi üzvlərinin və digər şəxslərin hərəkətləri, apardıqları siyasət, Belarus hakimiyyətinin zərərli fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi təhlükə yaradır.
Buna görə də Belarusla bağlı elan edilən fövqəladə vəziyyət davam etdirilməlidir”. Baydenin imzaladığı fərmanın mətnində belə deyilir.
ABŞ-ın Belarusa qarşı sanksiyaları 2006-cı ildə prezident Corc Buş tərəfindən tətbiq edilib. O vaxtdan bəri bir neçə dəfə genişlənib və Belarus iqtisadiyyatının əsas sektorlarına təsir göstərib.
Bizim.Media