Vəkil Tiqran Atanesyan Sorosun İrəvandakı ofisinin bağlanması tələbi ilə məhkəməyə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, facebook səhifəsində yazıb.
“Bu gün vəkil Marqarita Qulumyanla İrəvanda birinci instansiya ümumi yurisdiksiya məhkəməsinə baş çəkdik və korrupsiyalaşmış oliqarx Corc Sorosun Ermənistandakı ofşor ofisinin ləğv edilməsi tələbi ilə iddia qaldırdıq”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Ermənistanda Açıq Cəmiyyət Fondu (“Soros Fondu”) 1997-ci ildən fəaliyyət göstərir.
Bizim.Media