İş axtaranlara müjdə: Dövlət orqanlarında vakant vəzifələr...

13 iyun 2022-ci il tarixindən 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 1-i B növü vəzifələrə (inzibati icraçı) aiddir. 

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması və Meşələrin İnkişafı Xidmətlərinin rəisi vəzifələridir. 
Ümumilikdə isə İqtisadiyyat Nazirliyində 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 2, Energetika Nazirliyində 2, Dövlət Turizm Agentliyində 2, Qida Təhlükəsizliyi Agentliyində 1, Maliyyə Nazirliyində 1, Audiovizual Şurada 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb. 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir.

Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir. 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir: 

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları; 

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər; 

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda zəlzələ oldu

Hindistanda zəlzələ oldu

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

Türkiyədə silah zavodu YANIR

Türkiyədə silah zavodu YANIR

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

Xırdalanda küçələri su basdı - FOTO

Xırdalanda küçələri su basdı - FOTO

Zaqatalada avtomobili yolun kənarına aşdı - VİDEO

Zaqatalada avtomobili yolun kənarına aşdı - VİDEO

Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO

Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO

Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO

Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO

İlham Əliyev Xocavənd rayonunun Sos kəndinə getdi - FOTO

İlham Əliyev Xocavənd rayonunun Sos kəndinə getdi - FOTO

Vüsal İsgəndərli Albaniyada ilk qolunu vurdu

Vüsal İsgəndərli Albaniyada ilk qolunu vurdu

Eltonun xəstəxanadan FOTOLARI yayıldı

Eltonun xəstəxanadan FOTOLARI yayıldı

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO