İrəvanda quldurluq olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Shamshyan.com” saytı yayıb.
Mənbə yazır ki, axşam saat 22:45 radələrində Axpyur Serob küçəsində qumbara ilə silahlanmış maskalı şəxs “Yerevan City” supermarketinin ərazisində yerləşən valyutadəyişmə məntəqəsinə daxil olub.
O, işçini hədələyərək külli miqdarda pulu oğurlayıb.
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, həmin məbləğ təxminən 4 milyon 500 min dramdır.
Bizim.Media