Rusiyadan Hindistana ilk yükün İrandan tranzitinə başlanılıb.
Bizim.Media "BS"ya istinadən xəbər verir ki, bu barədə Həştərxanda yerləşən İran-Rusiya müştərək limanının rəhbəri Daryuş Camali deyib.
“Sözügedən yük çəkisi 41 ton olan iki ədəd 40 futluq taxta laminat konteyneridir. Yük sınaq məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınıb və Həştərxan limanına daşındıqdan sonra Xəzər dənizi vasitəsilə İranın Ənzəli Limanına daşınacaq”,- deyə o bildirib.
Onun sözlərinə görə, sözügedən konteynerlər Ənzəli Azad İqtisadi Zonasında yük maşınları ilə Bəndər Abbas limanına, oradan isə konteyner gəmiləri ilə Hindistanın Nəvaşiva limanına daşınacaq.
Bizim.Media