“Müqavimət” hərəkatının lideri İşxan Saqatelyanın əldə etdiyi nəticələr iyunun 14-də keçiriləcək mitinqdə açıqlanacaq.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Serj Sarkisyan deyib.
"Əlbəttə, arzu olunan nəticələr olacaq. Birisi gün siz İşxan Saqatelyanın bu barədə nə deyəcəyini eşidəcəksiniz", - Sarkisyan bildirib.
Bundan əvvəl müxalifət iyunun 14-də İrəvanın Fransa meydanında saat 19:30-da keçiriləcək növbəti mitinqini elan edib.
Bu gün Sarkisyan Komitas Panteonunda olub və Ermənistanın keçmiş baş naziri Andranik Markaryanın ad günündə (onun bu gün 71 yaşı tamam olacaqdı) məzarı üzərinə gül dəstələri qoyub.
Bizim.Media