Slovakiya Milli Şurasının sədri Şuşaya səfər etdi - FOTO

Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər. Şuşaya səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Slovakiya parlamentinin sədri Azərbaycana gəldi


Onlara Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilən bu hava limanının texniki imkanları barədə məlumat verilib. Slovakiya parlamentinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın hava limanının maketləri ilə də tanış olublar.

Sonra qonaqlar Füzulidən minalardan təmizləmə işləri aparılan sahəyə gediblər, minalardan təmizləmə işlərinin gedişi ilə yaxından tanış olublar. Burada Slovakiya Milli Şurasının sədri Boris Kolların iştirakı ilə minanın uzaq məsafədən partladılması prosesi həyata keçirilib. Sonra qonaqlar Şuşa şəhərinə yola düşüblər.

Şuşa şəhərində Slovakiya parlament nümayəndə heyətini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayaraq, onlara Şuşanın Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə danışıb.

Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər Meydanı ətrafında yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin binasında aparılan bərpa işləri ilə tanış olublar.

Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.
Sonra parlament nümayəndələri Cıdır Düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır Düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır Düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Slovakiya Milli Şurasının sədri Boris Kollar Şuşada Slovakiyanın STV telekanalına müsahibə verib. Spiker müsahibəsində Şuşanın azad olunmasından, Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəllərinin tarixindən danışıb, səfər barədə təəssüratlarını bölüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanda zəlzələ oldu

Hindistanda zəlzələ oldu

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

13 yaşı var, "Barselona"da debüt etdi - Boyu 2.10 santimetrdir

Türkiyədə silah zavodu YANIR

Türkiyədə silah zavodu YANIR

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Kimya müəllimi dərsdə çətin anlar yaşadı - VİDEO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Prezident Xocalı rayonunun Şuşakənd kəndində - FOTO

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Babək rayonunun bu ərazilərində 4 gün işıq olmayacaq

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü - FOTO

Xırdalanda küçələri su basdı - FOTO

Xırdalanda küçələri su basdı - FOTO

Zaqatalada avtomobili yolun kənarına aşdı - VİDEO

Zaqatalada avtomobili yolun kənarına aşdı - VİDEO

Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO

Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO

Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO

Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO

İlham Əliyev Xocavənd rayonunun Sos kəndinə getdi - FOTO

İlham Əliyev Xocavənd rayonunun Sos kəndinə getdi - FOTO

Vüsal İsgəndərli Albaniyada ilk qolunu vurdu

Vüsal İsgəndərli Albaniyada ilk qolunu vurdu

Eltonun xəstəxanadan FOTOLARI yayıldı

Eltonun xəstəxanadan FOTOLARI yayıldı

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO