Böyük Britaniya Ukraynanın Rusiyanı Donbasdan çıxarmaq qabiliyyəti olduğuna inanır.
Bizim.Media “Uniana”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenksi ilə görüşü zamanı bildirib.
“Rusiyanın hərbi gücü tükənmək üzrədir. Mən tariximizdə bir çox ortaq cəhət görürəm, çünki, ilk növbədə çox güclü düşmən ordusu, faşist rejim. Bəli, həqiqətən də biz indi görürük ki, Ukrayna Rusiyanı Donbasdan çıxarmaq imkanına malikdir”, - deyə Uolles qeyd edib.
Bizim.Media