Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində rezonans doğuran açıqlama ilə gündəmə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər erməni mətbuatında yer alıb.
Belə ki, erməni baş nazir məkanlardan birindən çıxaraq mühafizəçiləri ilə birgə xidməti avtomobilinə yaxınlaşan zaman jurnalistin biri ona “Özünüzü türk hesab edirsinizmi?” sualını verib.
O isə səs gələn tərəfə azca dönərək “hə, hə” cavabını verib.
Müxalifətyönlü jurnalistin verdiyi sual və aldığı cavab sosial şəbəkənin erməni seqmentində qəzəblə qarşılanıb.
Sosial şəbəkələrin Azərbaycan seqmentində isə bu olaya "Nə mutlu türküm deyənə" ifadəsinin Ermənistandan sədası gəlir” şərhi yazılıb. Xatırladaq ki, “Nə mutlu türküm deyənə” sözlərinin müəllifi Atatürkdür.
Bizim.Media