Suada ərindən danışdı: "Bilmirdim ki, Van Dammın oğludur" - FOTO

"Hamıya ən maraqlısı budur: biz necə tanış olmuşuq? Deyilənlər kimi, TikTok və ya "Qız Amerikada yaşayırdı orada tanış olublar" deyil. Bu kimi yalanları özlərini mənə yaxın bilib profil açıb yazanlar yayır. Biz Krislə 2016-cı ildən bu yana dost olmuşuq. Tanışlığımız haqda tezliklə biləcəksiz". 

Bizim.Media xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyir Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə bildirib.  

Suada, sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb. Hacızadə həyat yoldaşı ilə uzun illər dost olduğunu söyləyib. Həmçinin pianoçu, Van Dammla münasibətlərindən də söz açıb.  

"İlk dəfə real həyatda tanış olanda mənə tərəf gəlib, qollarını açıb "Qızım" səsləndi və qucaqladı. Sadə iki insan, ailə kimi tanış olduq. Aramız çox yaxşıdır. Öz uşaqları ilə necə danışırsa, məni də eyni cür qəbul etdi. Səmimi, ürəyi sevgi ilə dolu bir ata. Qayınanamla öz anam kimi, bacısısıyla bacım, qardaşıyla qardaşım kimiyəm". 

22 yaşlı Suada Kristoferlə ailəli olsalar da ayrı yaşadığını vurğulayıb. 

"Amerikada olmamışam. Bir ildir viza gözləyirəm. O da hələ ki, gələ bilmir. Çünki film sahəsi asan deyil, iş çoxdur. Bu, bizim şəxsi həyatımızdır. Kristofer ən qısa zamanda bizim adətlərlə tanış olmaq, kabab və plovu dadmaq istəyir. Ən əsası isə, Xəzər televiziyasında "Kənd həyatı" verilişini aparan qusarlı nənə ilə tanış olmaq istəyir. Hər gün ona baxır. Yaxın zamanda Azərbaycana gələcək. Bu il bizim üçün çətin oldu. Evli olaraq birlikdə yanbayan olmamaq çox çətindir. Amma bunun da öhdəsindən birlikdə ailələrimizin və dostlarımızın köməyi ilə gələcəyik. Bakıda doğulmuşam və burada yaşayıram. Hələ də Bakıdayam. Viza almaq prosesində də burada qalıram".  

İzləyicilərin suallarını bir-bir cavablayan S.Hacızadə Kristoferin Hollivud ulduzunun oğlu olduğunu uzun illər bilmədiyini dilə gətirib: 

"Kristoferin atasının kim olduğunu bilmirdim. Bu haqda söyləmirdi və heç yerdə onu göstərmirdi. İllər sonra bilmişəm". 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

“Zirə” mərakeşli futbolçu ilə danışıq aparır

“Zirə” mərakeşli futbolçu ilə danışıq aparır

Avropa Şurasının Bakı ofisinin rəhbəri Azərbaycan XİN-ə ÇAĞIRILDI

Avropa Şurasının Bakı ofisinin rəhbəri Azərbaycan XİN-ə ÇAĞIRILDI

Baş nazir dövlət maliyyəsinin sabitliyi ilə bağlı yeni QƏRAR İMZALADI

Baş nazir dövlət maliyyəsinin sabitliyi ilə bağlı yeni QƏRAR İMZALADI

Sərnişinlərə XƏBƏRDARLIQ: Bakıda iki avtobusun yolu dəyişir

Sərnişinlərə XƏBƏRDARLIQ: Bakıda iki avtobusun yolu dəyişir

Sabah saat 10:00-dan bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan bu ərazilərdə qaz olmayacaq

“Qarabağ” yamaykalı yarımmüdafiəçi ilə anlaşdı

“Qarabağ” yamaykalı yarımmüdafiəçi ilə anlaşdı

Azərbaycanda QHT-lərin maliyyələşdirilməsində YENİ MEXANİZM

Azərbaycanda QHT-lərin maliyyələşdirilməsində YENİ MEXANİZM

Göygöldə Qərbi Azərbaycan irsi araşdırıldı - FOTO

Göygöldə Qərbi Azərbaycan irsi araşdırıldı - FOTO

Əli Əsədov turizm mərkəzləri ilə bağlı yeni QƏRAR İMZALADI

Əli Əsədov turizm mərkəzləri ilə bağlı yeni QƏRAR İMZALADI

Şahin Bağırovun işdən çıxardığı rəisin yerinə TƏYİNAT - FOTO

Şahin Bağırovun işdən çıxardığı rəisin yerinə TƏYİNAT - FOTO

Qətərdə qaz emalı zavodunda partlayış: 13 nəfər həlak olub

Qətərdə qaz emalı zavodunda partlayış: 13 nəfər həlak olub

Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"

Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"

İyunun 25-də imtahan verəcək şəxslər üçün DİM-dən MƏLUMAT

İyunun 25-də imtahan verəcək şəxslər üçün DİM-dən MƏLUMAT

Baş nazir İordaniya nümayəndə heyətini qəbul etdi - FOTO

Baş nazir İordaniya nümayəndə heyətini qəbul etdi - FOTO

Ən yaxşı yemişi seçməyin yolları...

Ən yaxşı yemişi seçməyin yolları...

Bakı–Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? – ÖZƏL

Bakı–Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? – ÖZƏL

Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Maşını avtobus zolağında saxlayıb getdi – VİDEO

Maşını avtobus zolağında saxlayıb getdi – VİDEO

“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq” – NAZİR

“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq” – NAZİR

SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ

SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ

Hər kəs üçün faydalı olmayan meyvə

Hər kəs üçün faydalı olmayan meyvə

“Komedixana”nın Zarinasından tətil FOTOLARI

“Komedixana”nın Zarinasından tətil FOTOLARI

Bir nəslin FACİƏSİ – Mərdəkanda boğulan dörd gənc qohum imiş... – VİDEO

Bir nəslin FACİƏSİ – Mərdəkanda boğulan dörd gənc qohum imiş... – VİDEO

End of content

No more pages to load

RADİO