Ermənistanda respondentlərin 67%-i Sovet İttifaqının dağılmasını ölkə üçün mənfi hal adlandırıb.
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Tədqiqat Resurs Mərkəzinin apardığı və dərc etdiyi araşdırmanın nəticələri sübut edir.
Eyni zamanda respondentlərin 22%-i İttifaqın dağılmasını Ermənistan üçün müsbət hesab edib. Daha 11%-i bu sualla bağlı cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, respondentlərin 56%-i İttifaqın dağılmasından sonra həyatın pisləşməyə başladığını, 22%-i daha yaxşı, 21%-i əvvəlki səviyyədə qaldığını qeyd edib.
SSRİ-nin dağılmasından sonra Ermənistan üçün müsbət cəhətlər isə bunlardır:
müstəqilliyin elan olunması (80%), erməni mədəniyyətinin inkişafı üçün yaranan fürsət (3%), hüquqların təmin edilməsi ( 3%) , ticarət obyektlərində dilin qorunub saxlanılması və azad fikrin səsləndirilməsi (2%).
5% isə müsbət cəhətlərin adlarını çəkməyib.
Bizim.Media