İrəvan-Mehri yolunun Ermənistanın Vayots Dzor vilayətinin ərazisindən keçən hissəsində qəza baş verib.
Bizim.Media “shamshyan.com”a istinadən xəbər verir ki, səhər saatlarında hərbçiləri daşıyan “KamAZ” markalı yük maşını aşıb.
Hadisə nəticəsində 11 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media