Gürcüstanın Vaşlovani Milli Parkı və Azərbaycan-Gürcüstan dövlət sərhədi arasında mühafizə zonası yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yaradılacaq zona Gürcüstanda tanınmış ekoloq və şair Nuqzar Zazanaşvilinin adını daşıyan ilk mühafizə ərazisi olacaq:
“Nuqzar Zazanaşvilinin birbaşa iştirakı ilə ölkədə bir çox qorunan ərazilər yaradılıb, həmçinin 2013-cü ildən ceyranların populyasiyasının bərpa layihəsi fəal şəkildə həyata keçirilib”.
Bizim.Media