İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olunub.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Şarm Əl-Şeyx şəhərində keçirilən toplantıda Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müzakirələr aparıb.
Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İİB-in vitse-prezidenti Mənsur Muxtarla görüşündə işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və qida təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media