“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovu Ankarada qonaq kimi qarşılamaqdan məmnunluq duyuram.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlıu azərbaycanlı həmkarı Ceyhun Bayramovun Türkiyəyə səfəri ilə bağlı “Twitter”dəki paylaşımında qeyd edib.
“Bütün dünyaya nümunə olan əlaqələrimizi və regionda baş verən hadisələri müzakirə etdik. Qardaş Azərbaycanı hər sahədə dəstəkləməyə davam edəcəyik” – deyə nazir bildirib.
Bizim.Media