“Polis Akademiyası” komediya filminin ulduzu Merion Remsi Los-Ancelesdə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
73 yaşlı aktrisanın ölüm səbəbi hələ müəyyənləşdirilməyib. Lakin onun son vaxtlar xəstə olduğu bildirilir.
Qeyd edək ki, Remsi 1984-1989-cu illərdə yayımlanan “Polis Akademiyası” filmindəki rolundan sonra şöhrət qazanıb. Aktrisa ekran əsərində kursant Lavern Hoks rolunu canlandırıb.
Bizim.Media