Ötən gün Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın iqamətgahı yaxınlığında nümayişçilərlə toqquşmalarda yaralanan polislərin sayı 45-ə çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
“Aksiya iştirakçıları təşkilatçıların səsləndirdiyi müraciətlərlə polisin qanuni tələblərinə tabe olmayaraq zorakılıq tətbiq etməyə, şüşə, daş, dəmir əşyalar atmağa başlayıb. Bu zaman xüsusi texnikadan istifadə edilməsinə qərar verilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün 39 polisin yaralandığı bildirilmişdi.
Bizim.Media