Qadın güləşçilərimiz Qazaxıstanda 4 medal qazandı

Qadın güləşçilərimiz Qazaxıstanın Almatı şəhərində keçirilən Bolat Turlıxanov Kubokunda iştirak edib.

Bizim.Media Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, reytinq turnirində ölkəmizi 6 qadın güləşçi təmsil edib.

50 kq-da iki təmsilçimiz 1/4 finaldan mübarizəyə qoşulub. Şəhanə Nəzərova qazaxıstanlı Aygül Nuralimə, Türkan Nəsirova isə monqolustanlı Namuuntsetseq Tsoq-Oçirə məğlub olub.

Türkanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz bürünc medal görüşünə çıxıb. Aygül Nuralimə minimal fərqlə (4:3) qalib gələn Nəsirova yarışı 3-cü pillədə başa vurub.

53 kq-da Tatyana Varansova ilk mərhələdə özbəkistanlı Aktenqe Keunimjaevaya uduzub. Bu çəkidəki digər təmsilçimiz Leyla Qurbanova hindistanlı Puca Gehlota 7:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Ancaq finalın bir addımlığında monqolustanlı Bolortuya Bat Oçirlə bacarmayıb. Həmyerlimiz qazaxıstanlı Aişə Ualişanı “tuşe” ilə üstələyərək bürünc medalı boynundan asıb.

Jalə Əliyeva (59 kq) əvvəlcə A qrupunda mübarizə aparıb. Jalə Tsoqzolmaa Dorjsuren (Monqolustan), Ayşən İsmagülova (Qazaxıstan) və Difuzə Aimbetova (Özbəkistan) üzərində qazandığı qələbələrlə qrup qalibi kimi yarımfinala yüksəlib.

Qazaxıstanlı Diana Kayumovaya 8:6 hesabıyla qalib gələn Əliyeva finala vəsiqə qazanıb. Həlledici görüşdə hindistanlı Sarita Saritaya uduzan Jalə gümüş medal qazanıb.

Elis Manolova (65 kq) qrup mərhələsində Manişa Manişa (Hindistan), Dinora Rüstəmova (Özbəkistan) və Yelena Şaliginadan (Qazaxıstan) güclü olub. Yarımfinalda Qazaxıstanın digər təmsilçisi Qauxar Mukatayı 9:1 hesabıyla məyus edən millimizin üzvü finalda yenidən Manişa Manişayla qarşılaşıb. Bu dəfə hindistanlı güləşçi revanş alıb. Belədə Elis də komandamızın hesabına gümüş medal yazıb.

Beləliklə, millimiz reytinq turnirində 2 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız daha nüfuzlu yarış olan Matteo Pellicone turnirində iştirak edəcək. İyunun 22-dən 25-dək İtaliyanın paytaxtı Romada keçiriləcək sayca 3-cü reytinq turnirinin nəticələrinə əsasən, sentyabrda Serbiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək heyət müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO