Türkiyədə iki əcnəbidə meymunçiçəyi xəstəliyi ilə bağlı şübhələr yaranıb.
Bizim.Media yerli mediaya istinadla bildirir ki, iki əcnəbi əllərindəki yaralara görə aptekə dərman almağa gediblər. Onlar meymunçiçəyi şübhəsi ilə karantinə alınıblar.
Hadisə İstanbulun Sultanqazi qəsəbəsində baş verib. Aptekə girən iki nəfərin əllərindəki yaradan şübhələnən əczaçı dərhal polis və təcili tibbi yardıma məlumat verib.
Nəticədə həmin iki nəfər və yanlarında olan digər şəxs saxlanılıb.
Bizim.Media