Dünya Kubokunun 7-ci günü: Məğlub tailandlı qızlar qalib ukraynalıların bayrağı rəngində bant taxdılar - YENİLƏNİB - FOTO

Bugünkü yarışlarda bürünc medal ukraynalılara 25 metr məsafəyə tapançadan sürətli atəşaçma üzrə kişilər arasında yarışdan gəlib.

Bizim.Media xəbər verir ki, bu yarışın qızıl medalına isə Fransa idmançısı Jan Kikampua sahiblənib.

Bakı Atıcılıq Mərkəzində yarışları izləyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa çempionatı, dünya çempionatı yarışlarının Azərbaycanda keçirilməsini arzuladığını bildirib.

“Bakı Atıcılıq Mərkəzində 4 məktəb fəaliyyət göstərir. Həmin uşaqları bura cəlb etmək lazımdır. Ümumiyyətlə, idmanın bu növünü kütləviləşdirmək əsas məqsəd olmalıdır” – deyən MOK vitse-prezidenti bu idmanın hər növündə güclü idmançılarımız olduğunu vurğulayıb. “Biz də Milli Olimpiya Komitəsi olaraq federasiyanı gördüyü işlərdə tam dəstəkləyirik” - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əlavə edib.


13.37

Bakıda atıcılıq üzrə davam edən Dünya Kuboku geniş auditoriya qazanıb. Təkcə Beynəlxalq Atıcılıq İdman Federasiyasının saytındakı canlı yayımın ötən 1 həftədə 80 min izləməsi olub.

Bundan əlavə, yarışlar peyk vasitəsilə dünyanın bir sıra ölkələrinin telekanallarında canlı yayımlanır.

İyunun 4-də 25 metr məsafəyə tapançadan atəş üzrə qadınlar arasında komanda yarışında Ukrayna komandası tailandlıları 17:11 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Final yarışına Ukraynanın bayrağı rənglərində bantla çıxan tailandlı qızların hərəkəti isə hər kəsi kövrəldib.

“Bakıda Ukraynanın himnini eşitmək hər nə qədər olsa da, mənim üçün bir o qədər ağır idi. Dövlətimin himni çalınanda vətənimdə yaşananlar gözlərimin qarşısına gəlir və qəribə hisslər keçirirəm. Ən böyük arzum qələbə qazanıb himnimizin səslənməsinə nail olmaq idi.
Azərbaycan xalqının Ukraynaya verdiyi dəstək bizim üçün çox önəmlidir. Ukraynaya indi çox ağırdır, çox” – ukraynalı Oksana Kovalçuk deyib.

Bu gün Ukrayna komandası növbəti medalını 50 metr məsafəyə tüfəngdən atəş üzrə qarışıq komanda yarışında qazanıb: hindistanlılara uduzan Ukrayna komandası gümüş medala sahib olub.

Yarışlar davam edir.

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO