İstanbulun Avcılar bölgəsində Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın naməlum şəxs tərəfindən güllələnib.
Bizim.Media “Milliyet”ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Dənizköşklər məhəlləsində baş verib. Naməlum şəxs tərəfindən Azərbaycan vətəndaşı Hüsniyyə Bayramovaya tapança ilə atəş açılıb və o, ayağından xəsarət alıb.
Sol diz qapağından yaralanan Bayramova təcili yardımla Bakırköyə aparılaraq Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı Bayramovanın yanında olan qadın dindirilmək üçün polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media