Rusiyalı biznesmen Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekomunikasiya qrupu iki avropalı sahibkara cəmi 1 funt sterlinqə satılacaq.
Bizim.Media “Financial Times”a istinadən xəbər verir ki, sövdələşmə iyunda bağlanacaq.
“Truphone”un yeni sahibləri alman iş adamı Hakan Koç və onun biznes ortağı Pirros Kussios olacaq. Koç səhmlərin 90%-nə, Kussios isə 10%-nə sahib olacaq.
Qeyd olunur ki, “Truphone”nun satılması barədə qərar Böyük Britaniya hakimiyyəti tərəfindən Abramoviçə qarşı tətbiq olunan sanksiyalarla bağlıdır.
Bizim.Media