"Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Rusiyanın heç bir şərt qoymadan taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verdiyini açıqlayıb.
"Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir", - deyə V.Putin qeyd edib.
Bizim.Media