Mədəniyyət Nazirliyi II “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edir.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, festival Şuşa ilinə həsr olunub.
Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq.
Bu isə teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.
Məlumatda bildirilir ki, janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir. Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.
Mükafatlar:
I Yer: 5000 AZN
II Yer: 3000 AZN
III Yer: 1500 AZN
Rəşad Əliyev, Bizim.Media