Qızıl medalın qalibi Bolqarıstan atleti oldu - FOTOLAR/ YENİLƏNİB

25 metr məsafəyə tapançadan atış üzrə qadınlar arasında yarışın qızıl medal qalibi Bolqarıstan atleti Antoaneta Kostadinova olub. Çempionu Azərbaycanın Gənclər və İdman nazirinin müavini Mariana Vasilyeva təbrik edib.

“Mariana Vasilevanın məni qızıl medalla təltif etməsini gözləyirdim. 3 gün bundan öncə ona söz vermişdim ki, burda qalib olacam. O, mənə dedi ki, qızıl medal qazanmalısan, başqa yolun yoxdur. Seçimim olmadığı üçün işimə məsuliyyətlə yanaşdım. Sözümü tutduğum üçün xoşbəxtəm. Qızıl medal qazandığım üçün sevincliyəm” – bunu Antoaneta Kostadinova deyib.

“Bütün idmançıları dəstəkləyirəm. Bu gün qızıl medal qazanan Antoaneta Kostadinovanı isə yaxından tanıyıram, gözlərimin önündə böyüyüb, vaxtilə işlədiyim zalda idmanla məşğul olub.

O, təkcə bolqarıstanlı deyil, həm də mənimlə eyni şəhərdəndir. Məşqçisi də həmin şəhərdəndir. Bu yarışda onlara olan hörməti görürəm. Çünki Tokio Olimpiadasında gümüş medal qazanmışdırlar”- nazir müavini belə bildirib.

Gənclər və İdman nazirinin müavini Dünya Kubokunun Bakıda təşkilinin səviyyəsi barədə də danışıb. “Azərbaycan ilk növbədə öz qonaqpərvərliyi ilə seçilir. Ölkəmizdə çox sayda beynəlxalq yarışlar keçirilir deyə, bu işdə təcrübəmiz böyükdür.

Bu gün atıcılıq üzrə Dünya Kubokunda təşkilatçılıqla bağlı nöqsan yoxdur. Ona görə də dünyanın bütün ölkələri böyük məmnuniyyətlə Azərbaycandakı yarışlara qatılır. Üstəlik, koronavirus pandemiyasından sonrakı dövrdəyik.
Belə bir zamanda bu cür geniş miqyasda tədbir təşkil etməyi hər ölkə bacarmır” – deyən xanım Mariana Vasilyeva əlavə edib: “Başda Azərbaycan Atıcılıq Federasiyasının prezidenti olmaqla federasiyanın nümayəndələri və yarışın Təşkilat Komitəsi 66 ölkənin, 700-dən çox atıcının iştirak etdiyi Dünya Kubokunun öhdəsindən layiqincə gəlməkdədir.

Kiminlə danışmışamsa, hər biri yenidən Azərbaycana gəlməyi arzuladığını deyib. Bu isə işin öhdəsindən layiqincə gəldiyimizi göstərir”.

15.09 ****

Bakıda atıcılıq üzrə davam edən Dünya Kubokunun bugünkü yarışında həyəcanlı anlar yaşanıb. 50 metr məsafəyə tüfəngdən atəş üzrə finalda Ukrayna atleti Sergiy Kuliş hindistanlı Suapnil Kusaleni 16:10 hesabı ilə yenərək qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, ukraynalı çempion azərbaycanlılara təşəkkür edib:

“Vətənimdəki müharibə ilə bağlı 3-4 aydır yarışlara qatılmırdım. Ona görə də Dünya Kubokuna köklənmək psixoloji baxımdan çətin idi. İstənilən halda hədəflədiyim qızıl medalı qazandım”.
Azərbaycana ilk səfəri olmadığını bildirən Sergiy Kuliş əlavə edib:

“Ona görə də burada gördüyüm xoş münasibət və yaradılan əla şərait məni təəccübləndirmədi. Atletlərin rahatlığı üçün hər cür imkan yaradılıb. Bakıda olduğum bu neçə gündə söhbətləşdiyim insanlardan Ukraynaya dəstək gördüm. Bu, məni çox sevindirir və ruhlandırır”.

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Xetaq Qazyumov ən yaxşı məşqçi seçildi

Xetaq Qazyumov ən yaxşı məşqçi seçildi

Xəzər dənizində yenə zəlzələ oldu

Xəzər dənizində yenə zəlzələ oldu

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

Tramp: “Putinlə son danışığımın məzmununu açıqlamaq istəmirəm” - VİDEO

İDDİA: Rusiya ordusunda qida çatışmır - Öldürülən silahdaşlarının...

İDDİA: Rusiya ordusunda qida çatışmır - Öldürülən silahdaşlarının...

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

Bu ölkənin müdafiə naziri öldürüldü

Bu ölkənin müdafiə naziri öldürüldü

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Dünyada portağal qıtlığı yarana bilər

Dünyada portağal qıtlığı yarana bilər

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

End of content

No more pages to load

RADİO