Keçmiş əri tərəfindən döyülən Mənzurə: "Hamilə qaldım, atasız böyütmək istəmədim" - VİDEO 

“Yeddi il ailəli qaldım. Müalicə alırdım ki, övladım olsun, amma olmadı. Həkim söylədi ki, ana olmamağımın səbəbi məndən deyil. Nə olurdusa, elə məni müalicəyə göndərirdilər. Çox sayda iynələr vurulurdu, dərmanlar içirdim. Qaynanam mənə deyirdi ki, niyə sənin uşağın olmur? Anlayırdım ki, onlar da bu vəziyyətdən narahatdırlar. Yeddi il hər gün eyni sözü eşidirdim - “Niyə uşağınız olmur?” Nəticədə ayrılıq oldu”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “1 Dəqiqə” verilişində deyib.

Sənətçi ana olmamasının səbəbini özündən deyil, ərindən qaynaqlandığını bildirib.

“Həyat yoldaşım özü də bilirdi ki, uşağımızın olmaması ondan qaynaqlanır. Bunu özü mənə deməzdən əvvəl bilirdi. Ailə qurandan 6 ay sonra nə qədər müalicələr aldım. Qəbul etdiyim dərmanlar bir yerə xeyir, bir yerə ziyan edirdi”.
Mənzurə qısqanclıq səbəbi ilə həyat yoldaşı tərəfindən dəfələrcə döyüldüyünü etiraf edib.

“Həyat yoldaşım mənə əl qaldırırdı. O, çox qısqanc idi. Məni daşa, divara da qısqanırdı. Evdə bir söz deyən kimi, aləm bir-birinə qarışırdı. Əl qaldırandan sonra, önümdə diz çöküb yalvarıb, ağlayırdı. Söyləyirdi ki, məni atıb getmə, sənsiz yaşaya bilmirəm.

Ailə qurduqdan sonra ona qarşı olan sevgim bitmişdi. Peşman oldum. Onun xasiyyəti mənim xasiyyətimə tərs idi. Sanki o mənim günahım idi. Özümə deyirdim ki, bu nədir, necə bura gəlib düşmüşəm?

Bu insan məni atmaq istəmirdi. Ondan ayrılsam da, o sonra yenə gəldi və dedi ki, gəl barışaq. Şüşə sındı, bitdi. Burada nə barışmaq?”

Musayeva keçmiş həyat yoldaşının hazırda ailəsi olduğunu da söyləyib:

“Hazırda həyat yoldaşımın ailəsi var. Övladının olub-olmaması ilə bağlı məlumatım yoxdur. Sənətçi həyat yoldaşından ayrıldıqdan sonra hamilə qaldığını, lakin doğulmamış övladını tələf etdiyini açıqlayıb.

“Atasız uşaq dünyaya gətirə bilməzdim. Biz o ərəfədə artıq ayrılmışdıq. Həyat yoldaşım hamilə olduğumu bilmirdi. İllər keçsə də, o mənim hamilə olduğumu bilmədi. Həkim mənə söylədi ki, ola bilər ki dünyaya gətirəcəyin övlad problemli olsun.
Qərar verdim və uşağı dünyaya gətirmədim. Günah özümdədir. Həkim deməsəydi, mən uşağı məhv etməzdim. Sonra həkim dedi ki, mən bir daha ana olmayacağam”.

M.Musayeva o ərəfələrdə intihar etmək istədiyini də dilə gətirib:

“Yoldaşımdan ayrılandan sonra həyatdan küsmüşdüm. Canıma qəsd etmək istəyirdim”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heç bir halda bu ölkəyə getməyin: Peşman oldum - Professor

Heç bir halda bu ölkəyə getməyin: Peşman oldum - Professor

İranda etirazçılar polkovniki öldürdü

İranda etirazçılar polkovniki öldürdü

"Səndən tez köçsəm, mənsiz bu dünyada qalma" - FOTO

"Səndən tez köçsəm, mənsiz bu dünyada qalma" - FOTO

“Ağstafada bütün insanlara qonaqlığı ancaq mən verirəm" - 87 yaşlı Tariyel Qasımov

“Ağstafada bütün insanlara qonaqlığı ancaq mən verirəm" - 87 yaşlı Tariyel Qasımov

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

İranda matəm elan edildi

İranda matəm elan edildi

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda tıxac problemi necə həll ediləcək?

Bakıda tıxac problemi necə həll ediləcək?

Tehran hazırda - ANBAAN VİDEO

Tehran hazırda - ANBAAN VİDEO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

İcra başçısına ağır itki - FOTO

İcra başçısına ağır itki - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

İranda 38 polis öldürülüb - VİDEO

İranda 38 polis öldürülüb - VİDEO

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Məşhur müğənni 34 yaşında vəfat etdi

Məşhur müğənni 34 yaşında vəfat etdi

End of content

No more pages to load

RADİO