“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyada tərəflərin nümayəndələrinin sayı ciddi rol oynamır”.
Bizim.Media xəbər verir ki, bu fikri Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərin “Nə üçün komissiyada Ermənistan nümayəndələri qarşı tərəfdən (Azərbaycan nəzərdə tutulur) iki dəfə azdır?” sualına cavab verərkən səsləndirib.
Onun sözlərinə görə, komissiya üzvləri mütəxəssislərlə müxtəlif formatlarda məsələləri müzakirə edirlər:
"İşçi qrup danışıqlara başlamazdan əvvəl hazırlaşır. Qrupa nazir müavini daxildirsə, bu, idarənin əməkdaşlarının hazırlıq iclasında iştirak etməməsi demək deyil. Tərkib baxımından heç bir problem görmürəm", - deyə Qriqoryan bildirib.
Moskvada keçiriləcək ikinci görüşə gəlincə, təbii ki, orada sərhədin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq.
"Bu, birinci görüşün davamı olacaq. İşçi qruplar bu məsələdə irəliləyişin necə olacağını müzakirə edəcəklər", - Ermənistan Təhlükəsizlik Şurasının katibi izah edib.
Bizim.Media