“İlk növbədə, dünya əhalisinin ehtiyac duyduğu enerji haqqında danışmaq lazımdır. Bunu təmin etmək üçün enerji nəqlinə çıxış (access of supply of energy) olmalıdır”.
Bizim.Media xəbər verir ki, BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.
“Azərbaycanın enerji infrastrukturu inkişaf edir, neft-qaz resurslarının hasilatı daimi xarakter daşıyır, bununla belə, ölkə “yaşıl enerji”yə keçid üzrə böyük layihələr həyata keçirir” – deyə Birrel qeyd edib.
Bizim.Media