Bu gün ölkənin əsas səhnəsi Heydər Əliyev adına Sarayda konserti baş tutan Xalq artisti Brilliant Dadaşovanın səhnə öncəsi məşgindən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, məşq prosesini sənətçinin həyat yoldaşı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev zalda ayaq üstə izləyib.
“Addım” gənclər təşkilatının sədri Hüseyn Cavadzadənin sosial şəbəkə hesabında paylaşdığı videoda Ə.Hacıyevin xanımını böyük maraq və heyranlıqla izlədiyi əksini tapıb.
Rəşad Əliyev, Bizim.Media