Türkiyə komandası bu gün də qaliblər sırasında - FOTO

Bakıda davam edən Dünya Kubokunda bu gün stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Türkiyə atıcıları bürünc medal uğrunda mübarizədə qalib gəliblər.

Bizim.Media xəbər verir ki, digər bürünc medalı isə Qazaxıstan komandası götürüb.

Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında qızıl medalı avstraliyalılar qazanıb. Gümüş medal Portuqaliya komandasına çatıb.

“Bu turnirə gələnə kimi millimiz Qəbələdə 20 günlük çox yaxşı hazırlıq keçib. Bu hazırlığa şərait yaratdığına və qələbəmizdə rolu olduğuna görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Medal qazanacağımıza nəinki ümid edirdik, bunu özümüzə hədəf seçmişdik.
Güclü komandamız var və buna görə də Asiyada ilk “5-lik”də yer almışıq. Bakıda keçirilən bu yarış son 5 ildəki ən yaxşı Dünya Kuboklarından biridir. Təşkilatçılıq, qonaqlara olan münasibət, yaradılan şərait – hər şey yüksək səviyyədədir” , - deyə Qazaxıstan Atıcılıq Federasiyasının baş katibi Oleq Poçivavalov bildirib.

Türkiyəli oyunçular azərbaycanlı azarkeşlərin onların qələbəsinə sevincindən çox duyğulandıqlarını bildiriblər.

Tolqa Tünçər: “Bu gün yarışa yaxşı başlamadıq. Finala vəsiqə qazanmaq üçün 1 xalımız çatmadı. Nəsib belə imiş. Əlimizdən gələni etdik. Bürünc medal qazanmaq qismətimiz idi. Azərbaycanda keçirilən belə möhtəşəm turnirdə üçüncü olmaq da sevindiricidir. Bu mərkəzin yaranmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən möhtəşəm məkandır. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr əldə edərik”.

Pelin Rümeysa Qaya: “Çox sevincliyik. Mükafatlandırma mərasimi əla idi. Gözləmədiyimiz bir şey deyildi. Amma bu qədər olacağını düşünmürdük. Həm əcnəbilər, həm azərbaycanlılar bizə xüsusi dəstək oldular. Hamının bizə azarkeşlik etməsi çox xoşuma gəldi. Həmişə deyildiyi kimi, biz iki dövlət, tək millətik. Hamıya çox təşəkkür edirəm. Azərbaycanlıları çox sevirəm. Burada yaşananlar, bürünc medal qazanmağım məni çox xoşbəxt etdi”.

Məşqçi: “Burada medal qazandığımız üçün çox xoşbəxtik. Öz ölkəmizdə mükafatçılar sırasına düşə bildik. Biz buranı özümüzünkü kimi hiss edirik. Hamımız bir yerdə sevindik. İnşallah, gələcəkdə daha böyük yarışlarda yaxşı nəticələr əldə edəcəyik. Azərbaycanda öz evimizdəki kimi rahat mübarizə apardıq. Bu il iştirak etdiyimiz üçüncü dünya kubokudur. Bakı təşkilatçılıq baxımından hamısını üstələyib deyə bilərəm. Mükafatlandırma mərasimi möhtəşəm idi.

Özümüzü konsertdəki kimi hiss edirdik. Hansısa çatışmazlıq yoxdur. Azərbaycan dünya çempionatına ev sahibliyi etməyə layiqdir. İnşallah, daha yaxşı turnirlər burada keçirilər”.

Qeyd edək ki, yarışlar sabah da davam edəcək.

Bizim.Media




























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO