Ermənistan kosmosda da SAXTAKARLIĞA başladı – FOTOFAKT 

Ötən həftə Paşinyan Ermənistanın ilk peykinin orbitə qaldırılması ilə bağlı açıqlama verib. Onun bu açıqlamasından sonra Ermənistan cəmiyyətində ciddi fikir ayrılıqları yaranıb. Səbəb isə ondan ibarətdir ki, heç bir ciddi peyk qurumlarında Paşinyanın səsləndirdiyi peykin həqiqətən Ermənistana məxsus olması haqqında qeyd yoxdur.

Bizim.Media xəbər verir ki, Ermənistanın yeni peyki ilə bağlı araşdırma aparan Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz bir sıra maraqlı faktları aşkara çıxarıb:

“Ermənistana məxsus olduğu iddia edilən, yerin müşahidə peykinin “Spaсe X” tərəfindən orbitə qaldırıldığı bildirilir. Lakin həmin qeyd olunan tarixdə “Space X” Almaniyanın Exolaunch şirkətinin “Exolaunch Transporter-5” proqramı çərçivəsində hazırladığı onlarla kiçik ölçülü peykləri orbitə qaldırıb. Bu peyklərin məxsus olduğu ölkələrin adları da qurumun rəsmi saytında açıqlanıb, orada Ermənistanın adı yoxdur. Həmin siyahıda Ermənistanın iddia etdiyi “Urdaneta - ArmSat1” peykinin isə əslində İspaniyaya məxsus olduğu görünür.
 

MÖVZU İLƏ BAĞLI:

İyunun 3-də Ermənistanda nə baş verəcək? - TƏFƏRRÜAT


Yəni peyki hazırlayan Exolaunch bildirir ki, peyk İspaniyanın Santlantis şirkəti tərəfindən sifariş edilib. Santlantis isə bildirir ki, peyk banklardan götürülən kredit əsasında hazırlanıb.

Paşinyan isə peykin Ermənistanın Geokosmos qurumu ilə həmin Santlantis arasında baş tutan əməkdaşlıq çərçivəsində hazırlandığını bildirir. Beləliklə, buradan belə qənaətə gəlmək olur ki, adı çəkilən peyk İspaniyanın Santlantis şirkətinə məxsusdur, Santlantis  şirkəti tərəfindən idarə olunur və Ermənistan yalnız icarə ilə onun xidmətlərindən bəhrələnə bilər”. 

Ekspert şirkətin peykin göstəriciləri ilə bağlı məlumatlarının da absurd olduğunu qeyd edib:

“Santlantis şirkətinin saytında yerləşdirilən “Urdaneta –ArmSat1” peykinin  parametrlərinə baxdıqda isə təəccüblənməmək mümkün deyil. İlin-günün bu vaxtında 1.65 mm ayırdetmə parametrinə məxsus peyk hazırlamaq absurddur. Anlaşıqlı olaraq bu o deməkdir ki, peykin “iSIM-90” kamerasının yerə göndərdiyi fotolarda, hansısa obyektin və ya hədəfin 1.65 sm-i təsvirdə 1 nöqtə(piksel) olaraq görünəcək.

Xatırlayıram ki, hətta 1m ayırdetmə qabiliyyəti 2000-ci illərin əvvəllərinə məxsus olub.

Ayırdetmədə hətta 1sm də mühüm əhəmiyyət kəsb edir. Hansı ki, məhz bununla, piksellərin sayı ilə, yerə ötürələn təsvirin, anlaşıqlı desək, tank yoxsa avtomobil olduğunu müəyyən etmək olar. Azərbaycana məxsus, az qala 10 il bundan öncə hazırlanan  AzerSky peykinin ayırdetməsi isə 1.5 m-dir. İndiki zamanda hazırlanan  bu tip müşahidə peyklərinin ayırdetməsi isə təxminən 10-15 sm-dir. Google xəritələrində isə  bu parametr təxminən 15 sm-dək dəyişə bilir”.

Osman Gündüzün sözlərinə görə, qeyd olunan peykin hərbi məqsədlər üçün istifadəsi də mümkün görünmür:

“Beləliklə, Paşinyanın Ermənistama məxsus olduğu bildirilən peyk, əslində İspaniyaya məxsusdur, Ermənistan sadəcə onu icarəyə götürüb  və hərbi məqsədlər üçün istifadəsi də ağlabatan deyil. Güman etmək olar ki, Ermənistan bu peykdən  məhz hazırda Ermənistan –Azərbaycan sərhəddində aparılan delimitasiya işlərində istifadə etmək niyyətindədir.

Ermənistanın nə dərəcədə bundan bəhrələnə biləcəyini isə zaman göstərəcək. 

Cəmi 5 il ömrü olduğu bildirlən, 15 kq çəkisi olan bu tip peyklərin çox az bir vəsait (bir neçə yüz min dollar) xərcləməklə hazırlamaq mümkün olsa da, Ermənistanın buna 5 mln dollar xərcləməsi də ciddi narazılıq yaradıb.


Heç bir beynəlxalq peyk qurumlarında adı getmədən, heç bir peyk idarəetmə mərkəzinə malik olmadan Paşinyanın bu cür açıqlama verməsini isə erməni mediası  “Ermənistan da kosmos ailəsinin üzvüdür” demək üçün edildiyini yazırlar”.

Murad Əhmədov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada iki sərnişin təyyarəsi TOQQUŞDU - FOTO

Rusiyada iki sərnişin təyyarəsi TOQQUŞDU - FOTO

Nəfəsdən ETİRAF: “Boşandıqdan sonra böyük oğlumdan ayrı qaldım” - VİDEO

Nəfəsdən ETİRAF: “Boşandıqdan sonra böyük oğlumdan ayrı qaldım” - VİDEO

Mbappe Zidanı GERİDƏ QOYDU

Mbappe Zidanı GERİDƏ QOYDU

Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Pul gözlənilmədən GƏLƏCƏK: Sentyabrın sonuna qədər varlanacaq bürclər

Pul gözlənilmədən GƏLƏCƏK: Sentyabrın sonuna qədər varlanacaq bürclər

İsrail Suriya ilə danışıqlara BAŞLADI

İsrail Suriya ilə danışıqlara BAŞLADI

Ordubadın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Ordubadın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Rekord məbləğə satılan qəhvə - FOTO

Rekord məbləğə satılan qəhvə - FOTO

"Mingəçevir", "Şəfa" və "Səbail"dən QƏLƏBƏ

"Mingəçevir", "Şəfa" və "Səbail"dən QƏLƏBƏ

İlham Əliyev Nyu-Yorkda “Global Infrastructure Partners” şirkətinin təsisçisi ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Global Infrastructure Partners” şirkətinin təsisçisi ilə görüşüb - FOTO

İmişlidə zəhərlənənlərin sayı artır - Prokurorluq araşdırmalara BAŞLADI

İmişlidə zəhərlənənlərin sayı artır - Prokurorluq araşdırmalara BAŞLADI

İlham Əliyev Nyu-Yorkda “Franklin Templeton” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Franklin Templeton” şirkətinin prezidenti ilə görüşüb - FOTO

"Çelsi" və "Barselona" onu HƏDƏFLƏDİLƏR

"Çelsi" və "Barselona" onu HƏDƏFLƏDİLƏR

Ləzədə VƏZİYYƏT KRİTİKDİR - Palçıq selinin evləri basma təhlükəsi yarandı - VİDEO/ÖZƏL.

Ləzədə VƏZİYYƏT KRİTİKDİR - Palçıq selinin evləri basma təhlükəsi yarandı - VİDEO/ÖZƏL.

Tramp Baydenin portretini “Prezident Şöhrət Dəhlizi"ndən ÇIXARDI - VİDEO

Tramp Baydenin portretini “Prezident Şöhrət Dəhlizi"ndən ÇIXARDI - VİDEO

Səidə Quliyevanın oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO

Səidə Quliyevanın oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO

Binəli Yıldırım: “Ermənistan-Azərbaycan münasibətləri sabitlik üçün yeni səhifə ola bilər”

Binəli Yıldırım: “Ermənistan-Azərbaycan münasibətləri sabitlik üçün yeni səhifə ola bilər”

İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI

İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI

Lavrov və Rubio görüşündə NƏLƏR müzakirə edildi?

Lavrov və Rubio görüşündə NƏLƏR müzakirə edildi?

"Belə fırıldaqçılara görə, əziyyət çəkən insanlar yanır" - VİDEO

"Belə fırıldaqçılara görə, əziyyət çəkən insanlar yanır" - VİDEO

Portuqaliya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Portuqaliya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Oktyabrın 11-i xüsusi gün olacaq - Roma Papası ELAN ETDİ

Oktyabrın 11-i xüsusi gün olacaq - Roma Papası ELAN ETDİ

Albaniya Prezidenti İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Albaniya Prezidenti İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Samur-Abşeron kanalında daşma təhlükəsi - Rəsmi qurumdan AÇIQLAMA/VİDEO

Samur-Abşeron kanalında daşma təhlükəsi - Rəsmi qurumdan AÇIQLAMA/VİDEO

End of content

No more pages to load

RADİO