“Uzun müddətli hədəfimiz pilotsuz uçan taksilərdir. Hazırda bunun üzərində işləyirik".
Bizim.Media xəbər verir ki, bunu “Baykar” müdafiə texnologiyaları şirkətinin rəhbəri Səlcuq Bayraktar “Reuters” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, bunun üçün süni intellektə əsaslanan daha yüksək səviyyəli avtonom texnologiya inkişaf etdiriləcək.
S.Bayraktar belə taksilərin şəhər nəqliyyatında inqilab edəcəyini deyib.
Bizim.Media