Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan deputatı Artur Kazinyanın İrəvanda nümayişçilərlə polis arasında toqquşmadan sonra qabırğası sınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Mənbə deputatın xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İrəvanda bir sıra nazirliklərin də yerləşdiyi hökumət binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşma olub, 111 nəfər polis bölmələrinə aparılıb.
Bizim.Media