Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,89 ABŞ dolları, yaxud 0,7 % artaraq 126,80 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119 dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Bizim.Media