Türkiyə komandası Bakıda qələbə qazandı, finlandiyalı və çexiyalı atıcılar qızıl medala sahib oldular - FOTO/YENİLƏNDİ

Türkiyə komandası Bakıda qələbə qazandı, ukraynalılar da medala sahib oldular.

Bizim.Media xəbər verir ki, atıcılıq üzrə Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng və tapança atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb.

Tüfəng atıcılığı üzrə yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub.

Qardaş Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb.

Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.

Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.

*** 17.41

Atıcılıq üzrə Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng və tapança atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb. Tüfəng atıcılığı üzrə yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub. 

Qardaş Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb.
Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.

Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.

**

Bakıda atıcılıq üzrə keçirilən Dünya Kuboku yarışlarında komandasını dəstək üçün Almaniya səfiri Volfqanq Maniq Bakı Atıcılıq Mərkəzində olub. “Bizim idmançı – olimpiya ikincisi Monika Karş da yarışda iştirak edir. Biz bu yarışda bürünc medal qazanmışıq. Fikrimcə, idmançı üçün əsas məsələ burda iştirak etməkdi. Çünki onların başqa millətlərlə dostluq münasibətləri yaranır. Bu səbəbdən, dünya kubokunda iştirak etməyin özü də bir naliyyətdir. İdmançılarımıza uğurlar arzulayıram”-səfir deyib.

**

10 m məsafəyə tüfəng atıcılığı üzrə yarışın qızıl medal sahibi Cənubi Koreya atletləri Bakıda keçirilən yarışın təşkilat səviyyəsinin onların nəticəsinə müsbət təsir göstərdiyini bildiriblər. Atlet Keum Jihyeon: “Bakıdakı yarış həqiqətən möhtəşəmdir.
Yaradılan şərait superdir. Burada həqiqətən çox əyləncəli anlar yaşayıram. Ab-hava əladı. Bu da bizim nəticəmizə təsir etdi”.

Qızıl medalçı Park Hajun: “Fərqli hisslər keçirirəm. Çempion olmaq qürurvericidi. Düzdür, qalibiyyət asan olmadı. Buna baxmayaraq, sevincliyəm. Yarış möhtəşəm idi. Serbiya ilə final görüşü həqiqətən çətin oldu. Dünya kubokunun finalına vəsiqə qazanmağın həyacanı var idi. Rəqib də olduqca təcrübəli idi. Buna baxmayaraq, yekunda qələbə qazandıq”.

**

10 metr məsafəyə pnevmatik tapançadan qarışıq növdə atəşaçma yarışlarında bürünc medal qazanan türkiyəli Yusuf Dikeç və İlayda Şevval...

Yusuf Dikeç: 

“Hər idmançı kimi, medal qazandığımız üçün sevincliyəm. Biz bu medalı sadəcə Türkiyə adına yox, həm də Azərbaycan üçün əldə etdik. Hamının söylədiyi kimi, biz iki dövlət, tək millətik. Biz də könüldən bu sözə qatılırıq. 

Bakıda möhtəşəm turnir keçirilir. Təşkilatçılıq əla səviyyədədir. Arenanın dizaynı, ləvazimatlar, yeməklər və xidmət möhtəşəmdir. Hamı gülərüzlüdür. Mən şəxsən belə təşkilatçılıq çox yerdə görməmişəm”. 

İlayda Şevval

“Çox xoşbəxt və qürurluyam. Qardaş ölkədə Türkiyə adına medal qazanmaq sevindiricidir. Əziyyətimizin qarşılığını aldığımız üçün də ayrıca xoşbəxtik. 

Başqa ölkələrdə keçirilən dünya kubokları yarışlarından fərqli olaraq burda iştirakçı ölkələrin sayı çoxdu. Yarışlar da olduqca çətin idi. Belə bir turnirdə medal qazanmağımız çox qürurvericidir”.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO