Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.
Bizim.Media xəbər verir ki, nazir "Twitter" hesabında görüş barədə bunları yazıb:
"Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıqlar aparılıb".
Qeyd edək ki, görüş çərçivəsində tərəflər arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzalanıb.
Bizim.Media