Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:
"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media