Aktyor Kamran Dadaşzadəni Türkiyədə ölümə aparan SƏBƏB – Dostundan AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb və yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. 

Baş nahiyəsindən güllə yarası alan azərbaycanlı aktyor K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kamran Dadaşzadənin dostu, İsveçdə yaşayan yazıçı Elçin Aslangil Bizim.Media ilə mərhum aktyorla bağlı sarsıntılarını bölüşüb: 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə qətlə yetirilən azərbaycanlı aktyorla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB


“Onunla 2017-ci ildə İstanbulda tanış olmuşduq. Eyni bir tamaşada rol almalı idik. Birgə məşqimiz zamanı onun necə istedadlı olduğunu gördüm, dostluğumuz yarandı. Həqiqətən o çox istedadlı bir aktyor idi, çox gözəl səhnə plastikası vardı”.

Kamranın iş dalınca Türkiyəyə yollanmasına gəlincə isə Aslangil bunu yerli teatrlardakı problemlərlə əlaqələndirib:

“Bu Azərbaycan teatrının problemidir ki, orada müəyyən insanlar tərəfindən istedadlı aktyorlar incidilir və ya arxa plana keçirilir. Xüsusilə də teatrda aldığı məbləğin az olduğu üçün Kmaran Dadaşzadə İstanbula üz tutdu. O, öz Vətənini çox sevirdi, əgər normal işi olsaydı bu dəhşətli faciə də baş verməzdi”.

Kamranın Türkiyədəki karierası haqqında da fikir bildirən sənət dostu onun bəzən işsiz qaldığı məqamlara da diqqət çəkib:

“Kamran elə də rahat həyat yaşamayıb. Oradakı fəaliyyəti müddətində bəzən seriallara çəkilir, bəzən də işsiz qalırdı. Seriallardan qazandığı məbləğlər sayəsində işsiz olduğu məqamlarda da müəyyən qədər keçinirdi. Amma Kamran heç zaman həyatdan ümidini üzməyən, mərhəmətli və kifayət qədər həssas bir insan idi”.

Qeyd edək ki, K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Övladlarımın müğənni olmasını istəməzdim"

"Övladlarımın müğənni olmasını istəməzdim"

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Birinci Liqa: “Mingəçevir” uduzdu, “Zaqatala” QALİB GƏLDİ

Birinci Liqa: “Mingəçevir” uduzdu, “Zaqatala” QALİB GƏLDİ

Gəncədə 13 yaşlı oğlan xəstəxanalıq oldu

Gəncədə 13 yaşlı oğlan xəstəxanalıq oldu

Ceyhun Bayramov İtaliya parlamentinin Palata sədri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

Ceyhun Bayramov İtaliya parlamentinin Palata sədri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO

Travmaları da onlarla birgə böyüyür... – Sığınacaqlar nə qədər TƏHLÜKƏSİZDİR?

Travmaları da onlarla birgə böyüyür... – Sığınacaqlar nə qədər TƏHLÜKƏSİZDİR?

DSMF-nin 6,5 milyon manatlıq dələduzluqda ittiham olunan sabiq əməkdaşı barəsində QƏRAR VERİLDİ

DSMF-nin 6,5 milyon manatlıq dələduzluqda ittiham olunan sabiq əməkdaşı barəsində QƏRAR VERİLDİ

XXI əsrin səssiz EPİDEMİYASI: Bu xəstəlik dünyada ölüm səbəbləri arasında ilk 10-luqdadır

XXI əsrin səssiz EPİDEMİYASI: Bu xəstəlik dünyada ölüm səbəbləri arasında ilk 10-luqdadır

“Liverpul”un əfsanəsi İŞSİZ QALDI

“Liverpul”un əfsanəsi İŞSİZ QALDI

"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq

"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

QALMAQAL: “O xanım ailə məclisinə gələcək aparıcı deyil, əxlaqı yol vermir” - VİDEO

Ceyhun Bayramov Roma Papası ilə görüşüb - FOTO

Ceyhun Bayramov Roma Papası ilə görüşüb - FOTO

Kəlbəcərdə vəhşi heyvan təsərrüfata HÜCUM ETDİ

Kəlbəcərdə vəhşi heyvan təsərrüfata HÜCUM ETDİ

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə ikitərəfli münasibətləri müzakirə etdi - FOTO

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ

Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ

Kevin Medinanın hazırkı durumu BƏLLİ OLDU

Kevin Medinanın hazırkı durumu BƏLLİ OLDU

Bu tarixdə Bakıda qar yağacaq

Bu tarixdə Bakıda qar yağacaq

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO

Bakıda SSRİ bayrağı qaldıran şəxslərə ittiham ELAN OLUNDU - FOTO

Qvineya-Bisauda dövlət çevrilişi - Prezident həbs olundu

Qvineya-Bisauda dövlət çevrilişi - Prezident həbs olundu

Bakı Dövlət Sirki CƏRİMƏLƏNDİ

Bakı Dövlət Sirki CƏRİMƏLƏNDİ

FİFA prezidenti Livan vətəndaşı oldu

FİFA prezidenti Livan vətəndaşı oldu

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Yaşayış kompleksində yanğın oldu, ölənlər var - FOTO/VİDEO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri HAKİM QARŞISINDA

End of content

No more pages to load

RADİO