Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına dair məsələləri müzakirə ediblər.
Həmçinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarla bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media