“Levi Strauss & Co” brendi 29 illik fəaliyyətindən sonra Rusiya bazarını tərk edir.
Bizim.Media “Kommersant” nəşrinə istinadən xəbər verir ki, hazırda brendin mallarının Rusiyaya çatdırılması dayandırılıb.
Bildirilir ki, brendin Rusiyada satılmamış məhsulları isə digər ticarət platformaları vasitəsilə satılacaq.
Şirkət Rusiya mağazalarının bir qismini satmağı da planlaşdırır:
“Rusiyada Gap, Marks & Spencer və Banana Republic mağazalarını inkişaf etdirən Türkiyənin Fiba Holding A.S şirkəti brendin alıcısı ola bilər.
Eyni zamanda, françayzinqli mağazalar sövdələşməyə daxil edilməyəcək. Mart ayında brend Rusiya hərbi qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı fonunda Rusiyadakı fəaliyyətini və ölkədəki mağazalarında investisiyaları dayandırdığını elan edib.
“Levi Strauss & Co” şirkətinin baş icraçı direktoru Çip Berq jurnalistlərə bildirib ki, şirkət bu il Rusiyada fəaliyyətini bərpa etməyi planlaşdırmır.
Bir müddət əvvəl isə “Zara” da daxil olmaqla, ölkədə fəaliyyətini dayandırmış bəzi brendlərin Rusiya mağazalarının satılacağı və ya yeni adlarla fəaliyyətini bərpa edəcəyi bildirilmişdi.
Rəşad Əliyev, Bizim.Media