Ermənistan Brüsseldə “Dağlıq Qarabağ”dan necə imtina etdi? – Elman Nəsirovun ŞƏRHİ

“Brüssel görüşünün əhəmiyyətli məqamlarından birincisi onunla bağlıdır ki, danışıqların gedişində və əldə edilmiş nəticələrdə heç bir halda “Dağlıq Qarabağ” ifadəsi istifadə olunmayıb.

İkincisi, Ermənistan əvvələr “Dağlıq Qarabağ” ifadəsini işlətməklə, onun müstəqilliyindən bəhs edirdisə, indiki halda yalnız Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi və hüquqları müzakirə olunur”.

Bu fikirləri millət vəkili Elman Nəsirov mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avrop İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan müzakirələri Bizim.Media üçün şərh edərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək” – Elman Nəsirov


​​​​​​​Deputat qeyd edib ki, danışıqlarda humanitar məsələlər - minatəmizləmə prosesi və itkin düşmüş şəxslərin taleyi də diqqət mərkəzində olub:

Elman Nəsirov Brüssel görüşündə əldə olunmuş nəticələri bu cür şərh edib:

“1. Əvvəlki görüşlərdə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin işlək vəziyyətdə keçməsi istiqamətdə ilkin razılaşmalar əldə edilib. Budəfəki Brüssel görüşündə əldə olunmuş razılığa görə, lap yaxın zamanlarda hər iki dövlətin komissiyaları sərhəddə birgə görüş keçirəcək, eləcə də sərhəddə sabitliyin təmin olunması mexanizmlərini müzakirə edəcəklər. 

2. Təbii ki, ən mühüm məsələlərdən biri də kommunikasiyaların bərpası ilə bağlıdır. Sayca 3-cü Brüssel görüşündə əldə olunmuş razılaşmaya görə, bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək.

3. Danışıqlar prosesində tərəflər arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı da müzakirələr gedib.

4. Bütün bu prosesin məntiqi nəticəsi olaraq sülh prosesinin imzalanması strateji hədəfdir və tərəflər razılıq əldə ediblər ki, bundan sonrakı danışıqlar prosesində həmin hədəfə nail olmaq üçün daha ciddi addımlar atılacaq, bu istiqamətdə proseslər sürətləndiriləcək”.

Elman Nəsirov əlavə edib ki, sülh müqaviləsinin imzalanması və iki xalq arasında etimad mühitinin formalaşdırılması istiqamətində rəsmi Brüssel imkanlarını səfərbər edəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Toydan paylaşım etməyə utanıram"

"Toydan paylaşım etməyə utanıram"

“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?

“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?

Kədərli günlər geridə qaldı: həyatın sevincini yenidən hiss edəcək BÜRCLƏR

Kədərli günlər geridə qaldı: həyatın sevincini yenidən hiss edəcək BÜRCLƏR

19 yaşında qazandığı milyonlar - FOTOLAR

19 yaşında qazandığı milyonlar - FOTOLAR

Ən çox dəmir ehtiva edən 7 ət növü AÇIQLANDI

Ən çox dəmir ehtiva edən 7 ət növü AÇIQLANDI

Villasında futbol izlədiyi anları bölüşdü – VİDEO

Villasında futbol izlədiyi anları bölüşdü – VİDEO

Şəhid anası dünyasını dəyişdi - FOTO

Şəhid anası dünyasını dəyişdi - FOTO

"Air France" Ər-Riyad və Dubaya uçuşları DAYANDIRDI

"Air France" Ər-Riyad və Dubaya uçuşları DAYANDIRDI

İran Küveytlə sərhədə hərbi texnika daşıyır - VİDEO

İran Küveytlə sərhədə hərbi texnika daşıyır - VİDEO

İspaniya millisi Mardirddə krallara layiq qarşılandı: 1 milyon azarkeş küçərlərə çıxdı - CANLI

İspaniya millisi Mardirddə krallara layiq qarşılandı: 1 milyon azarkeş küçərlərə çıxdı - CANLI

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar - VİDEO

İordaniya İrandan atılan 3 raketi vurduğunu açıqladı

İordaniya İrandan atılan 3 raketi vurduğunu açıqladı

Argentinanın final oyunundakı sirri açıldı: Rəqiblər bilməsin deyə gizlədiblər

Argentinanın final oyunundakı sirri açıldı: Rəqiblər bilməsin deyə gizlədiblər

Kompüter qarşısında çalışanların NƏZƏRİNƏ

Kompüter qarşısında çalışanların NƏZƏRİNƏ

Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün viza rejimini sadələşdirdi

Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün viza rejimini sadələşdirdi

Salyandakı qəzada yaralananlardan daha biri xəstəxanada KEÇİNDİ

Salyandakı qəzada yaralananlardan daha biri xəstəxanada KEÇİNDİ

Şakira oxudu, Pike izlədi – VİDEO

Şakira oxudu, Pike izlədi – VİDEO

İsmayıllıda fərdi ev əşyaları ilə birlikdə yanıb kül oldu - VİDEO

İsmayıllıda fərdi ev əşyaları ilə birlikdə yanıb kül oldu - VİDEO

Zərdabda FACİƏ: 3 yaşlı uşaq aqreqatın altında qalaraq öldü

Zərdabda FACİƏ: 3 yaşlı uşaq aqreqatın altında qalaraq öldü

İlham Əliyev Berlində Mixael Harms ilə görüşdü - FOTO

İlham Əliyev Berlində Mixael Harms ilə görüşdü - FOTO

Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur

Bakı və Tbilisi beynəlxalq yükdaşımalarda kağız sənədlərə son qoyur

DÇ-2030-da 64 yığma komanda oynaya bilər

DÇ-2030-da 64 yığma komanda oynaya bilər

Britaniyanın yeni XİN və maliyyə nazirləri BƏLLi OLDU

Britaniyanın yeni XİN və maliyyə nazirləri BƏLLi OLDU

Ən pulgir 5 BÜRC

Ən pulgir 5 BÜRC

End of content

No more pages to load

RADİO