Rusiya müdafiə nazirinin müavini, İnquşetiyanın sabiq rəhbəri Yunus-Bek Yevkurov Ukraynada döyüşlərdə həlak olan bacısı oğlu Adamın dəfn mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Baza” Telegram kanalında yer alıb.
Mənbə yazır ki, nazir müavini başsağlığı verib, ağsaqqallarla, ilahiyyatçılarla söhbət edib, sonra isə Moskvaya uçub.
Xatırladaq ki, desant-hücum rotasının komandiri, kapitan Adam Xamxoyevin dəfn mərasimi mayın 22-də İnquşetiyanın Karabulak şəhərində keçirilib. O, mayın 21-nə keçən gecə Ukraynada dünyasını dəyişib.
Bizim.Media