Azərbaycanlı rejissor Krımda keçirilən film festivalında iştirakdan niyə imtina etdi? – ÖZƏL AÇIQLAMA 

Azərbaycanlı kinorejissor Tahir Tahiroviç Ukraynadakı müharibə ilə əlaqədar filminin Rusiya təşkilatçılığı ilə keçirilən festivalda iştirakından imtina edib.

Bu barədə Bizim.Media-ya açıqlama verən rejissor Tahir Tahiroviç bildirib ki, “Qırmızı” adlı filmi “Zolotoy Vityaz” festivalına keçən il agentlik tərəfindən göndərilib.

“Filmimin Krımda keçiriləcək festivalda iştirakından üç gün öncə xəbər tutdum və öz adımdan ərizə yazaraq filmin həmin festivaldan çıxarılması ilə bağlı təşkilatçılara müraciət ünvanladım”.
Filmin festivaldan çıxarılması ilə bağlı təkidinə gəlincə isə rejissor vurğulayıb ki, məhz Ukraynada müharibə getdiyi zaman filminin  “Zolotoy Vityaz” festivalında nümayiş etdirilməsini mənəvi olaraq doğru hesab etmir:

“Bəlkə də, başqa bir zaman bu festival  Rusiyanın hər hansı bir şəhərində keçirilsəydi, mən ona razılıq verə bilərdim. Amma Ukraynada Vətən müharibəsi getdiyi zaman Kırımda nümayişkarcasına festival təşkil olunmasını doğru hesab etmirəm. Çünki Vətən müharibəsi görmüş bir ölkənin vətəndaşı kimi bunun nə demək olduğunu yaxşı başa düşürəm”.

İncəsənətin həmişə siyasətdən ayrı olduğunu söyləyən rejissor onu da qeyd edib ki, incəsənət və kino ilə əlaqədar baş verən hər hansı bir hadisəyə siyasi don geyindirilməsinin əleyhinədir:

“İncəsənət sərhəd tanımır və bu mənada mənim filmlərimin heç zaman Rusiya festivallarına qatılmaması kimi fikrim yoxdur. Filmlərim dəfələrlə Rusiya festivallarına, eləcə də “Zalatoy Vityaz” festivalına qatılıb və qalib olub. Sadəcə indiki məqamda festivalın Krımda keçirilməsi mənim üçün xoş olmadı”.
Qeyd edək ki, qısa metrajlı film olan “Qırmızı” 2020-ci ildə Rejissor Tahir Tahiroviç tərəfindən kinoşünas Sevda Sultanovanın ssenarisi əsasında çəkilib. Filmdə kimsəsiz bir uşağın təbiətlə mübarizəsindən bəhs edilir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

Fars körfəzinə DOĞRU

Fars körfəzinə DOĞRU

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Aysun polisə şikayət etdi - VİDEO

Aysun polisə şikayət etdi - VİDEO

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

End of content

No more pages to load

RADİO