Bu gün Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, Xalq artisti, tanınmış teatr rejissoru və ssenarist Vaqif Əsədov vəfat edib.
Qeyd edək ki, Vaqif Əsədov 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsini bitirib.
Allah rəhmət eləsin!
Bizim.Media