I Pyotrun vəsiyyətnaməsinin TAM MƏTNİ – “Rusiyanın hazırki siyasəti bu bəndlər üzərində qurulub”

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin mayın 18-də jurnalistlərə verdiyi açıqlaması geniş müzakirəyə səbəb olub.

Belə ki, Pyotr ordeninin təqdimat mərasimində çıxış edən Narışkin qeyd edib ki, Rusiyanın hazırki siyasətində Böyük Pyotrun kursunu müdafiə edir.

Məlumat üçün bildirək ki, Böyük Pyotr ləqəbi ilə tanınan rus çarı I Pyotr (1682-1725) Rusiya imperiyasının banisi və Rusiya tarixinin ən böyük lideri hesab olunur.

Narışkinin istinad etdiyi Pyotrun siyasi vəsiyyətləri isə, onun ölümündən öncə yazdığı rus xalqına vəsiyyətnaməsində öz əksini tapıb. 12 bənddən ibarət olan vəsiyyətnaməyə nəzər saldıqda, Rusiyanın aqressiv və işğalçı siyasətinə çağırışın əks olunduğunu görə bilərik.
Burada İstanbulun Rusiya imperiyasının paytaxtına çevrilməsi, eləcə də böyük işğalçılıq planlarının olması diqqət çəkir.

I Pyotrun vəsiyyətinin tam mətnini təqdim edirik:

1.Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalı və çalışmalıdır ki, hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun.

2.Mümkün qədər Avropa dövlətlərindən müharibə vaxtında hərbi sərkərdələri, sülh zamanı isə elm adamlarını Rusiyaya cəlb etməli.

3.Avropa ölkələri arasında fitnə-fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə alman xalqı arasındakı iğtişaşlarda fəal mövqe tutmağa çalışmalı, çünki onlar bizimlə həmsərhəd və bitişikdir.

4.Polşada iğtişaş və qarışıqlıq salmalı, onların əyanlarına xəsislik etmədən rüşvət verib, dəyanətini pozmalı, dövlət işinə zərbə vurmalı, Moskvadan əsgər gətirib orada yerləşdirməli, əgər başqa dövlətlər bizim bu tədbirimizə etiraz edərlərsə, Polşadan bir parça kəsib onlara sükut payı verməli; iş tamam olandan sonra isə o parçanı geri almalı, rus səltənətini möhkəmləndirməli.

5.Mümkün qədər İsveç, Norveç ölkələrində bir istinad məntəqəsi əldə etməli. Onların valisi əlimizdə olarsa, çalışın ki, İsveç, Norveç, Danimarkaya düşmənçilik toxumu səpsin.

6.Rusiya şahzadələri həmişə Almaniya əsilzadələrindən, nüfuzlu adamlardan, valilərdən, rütbə sahiblərindən qız almağı unutmamalıdır. Belə qohumluq bizə həmişə fayda verər.

7.İngilis hökuməti ilə ittifaqda olub, əlaqəni möhkəmləndirin. Çünki bu ticarət işində və dövlətin idarə edilməsində fayda verər. Gəmi qayırmağa gərək olan bütün ləvazimat onlardan alınacaqdır. Bu əlaqə həm silah, həm də gəmiçilik üçün faydalıdır.

8.Rusiya dövlətinin hüdudu Avropadan şimala – Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir.

9.Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır.

Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər.

Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır.
10.Yunanlarla sülh və dostluqla rəftar etməli. Müharibə zamanı onlar sizə imdad edərlər (çünki yunanlar Türkiyədən həmişə zərər görmüşlər).

11.İsveç, Norveç, Osmanlı və İranı, Polşanı istila etdikdən sonra, İtaliya və Fransa ilə müttəfiq olub əlaqəyə girin. Əgər onlardan hər hansı birisi dostluğunuzu qəbul etməsə, onda bir vasitə ilə o yeri və əyalətləri məhv ediniz. Bu yerləri ələ keçirdikdən sonra dünya hökmranı olarsınız.

12.Əgər yuxarıda qeyd olunan ölkələrdən biri müharibəni qəbul etməzsə, elə bir tədbir görmək ki, bu iki hökumətin (İtaliya və Fransa) arasında fitnə-fəsad vaqe olsun. Bu vəchlə get-gedə onlardan biri aradan götürülüb bərbad olar. Qalmış hökumətləri tərac edib, zəhmət çəkmədən bütün Avropa üzərində hökmranlıq edərsiniz. İşin axırında sair ölkələrin hamısını öz məmləkətinizə ilhaq edib dünyaya sahib olarsınız.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Bu gün Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Deputatlar bu gün məzuniyyətə çıxır

Deputatlar bu gün məzuniyyətə çıxır

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Şuşa şəhərinə ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının anası VƏFAT ETDİ - FOTO

Şuşa şəhərinə ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının anası VƏFAT ETDİ - FOTO

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Alyona Əliyevadan paylaşım – VİDEO

Alyona Əliyevadan paylaşım – VİDEO

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO